Heydər Əliyev Fondu uşaqlar üçün aksiya keçirəcək

23 Avqust, 2017 09:05 | Sosial | Baxış sayı: 57
Uşaq
Uşaq

Uşaqların ümumi müayinəsi üzrə ümumrespublika “açıq qapı” günü təşkil olunacaq

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və  Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə avqustun 26-da xəstəxananın Kardioloji poliklinika şöbəsində saat 9:00-dan 16:00-dək uşaqların ümumi müayinəsi üzrə ümumrespublika “açıq qapı” günü təşkil olunacaq.  

İstiPress Fonddan verilən məlumata görə ”açıq qapı” günü  xəstəxananın yüksək ixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan uşaqlar ödənişsiz müayinələrdən keçiriləcək və nəticələrdən asılı olaraq müalicə kursu təyin olunacaq.