Müəllimlər üçün son gün

23 İyul, 2019 14:10 | Sosial | Baxış sayı: 41
İmtahan verən müəllimlər
İmtahan verən müəllimlər

Sabah işə qəbul imtahanları sona çatır

Müəllimlərin işə qəbulu imtahanları başa çatır. Bu gün kimya, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənni üzrə müəllimlərin işə qəbul imtahanları keçirilir. İmtahanlarda 1463 namizədin iştirakı gözlənilir.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

İmtahanlar iyulun 24-dək davam edəcək.