Səudiyyə xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdi

23 İyun, 2020 12:22 | Sosial | Baxış sayı: 25
Məkkə
Məkkə

Səudiyyə Ərəbistanı yeni koronavirus pandemiyasına görə cari ildə xarici ölkələrdən gələn zəvvarlar üçün İslamın müqəddəs yerləri Məkkə və Mədinəyə Həcc ziyarətini ləğv edib. 

İstiPress-in məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı bildirib.

"Həcc ölkənin ərazisində yaşayan müxtəlif milliyyətlərdən olan zəvvarların olduqca məhdudlaşdırılmış sayının iştirakı ilə olacaq", - deyə krallıq hakimiyyətinin bəyanatında deyilir.