Azərbaycanda daha iki jurnalist koronavirusa yoluxdu

23 İyun, 2020 14:15 | Sosial | Baxış sayı: 133
Müşfiq Abdulla və Nigar Abdullayeva
Müşfiq Abdulla və Nigar Abdullayeva

Azərbaycanda daha iki jurnalistdə koronavirus aşkarlanıb.

İstiPress-in məlumatına görə, “Palitra” qəzetinin əməkdaşı, ölkə prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayeva və qardaşı - “Cebhe.info” və “Cumhuriyyət” portallarının əməkdaşı Müşfiq Abdulladan 3 gün əvvəl götürülmüş testlər pozitiv çıxıb.

Yoluxma əvvəlcə M.Abdullanın həyat yoldaşında baş verib, daha sonra jurnalistlər də yoluxublar. M.Abdullanın xanımında xəstəlik ağciyərlərin pnevmoniyasına səbəb olub.

Ötən həftənin sonlarında təcili tibbi yardım briqadası gələrək onlardan yaxma analizi götürüb. Dünən axşam isə analiz nəticələrinin pozitiv olduğuna dair mesaj alıblar.

Bu gün TƏBİB-in həkim briqadası gələrək hər üç şəxsi müalicə müəssisəsinə aparıb.