Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov artıq Göyçayın Potu kəndində hələ çar II Nikolayın dövrünə aid uçuq daxmada yerləşən orta məktəbin yenidən tikintisi üçün lazım olan vəsaiti ayırıb.
İstiPress-in məlumatına görə, bu barədə biznesmenin Bakı ofisindən bildiriblər.
Məlumata görə, F.Əhmədov məktəbin tikintisinin yeni tədris ilinə qədər başa çatdırılmasını tapşırıb. Beləliklə, bu kəndin məktəbliləri sentyabrın 15-də yeni məktəb binasında dərs gedəcəklər.
Həmin məktəb barədə virtualaz.org kənd sakinlərinin çəkib göndərdiyi fotolara istinadən yazıb və bundan sonra Fərhad Əhmədov məsələyə reaksiya verdi. O, məktəbin yenidən inşasını maliyyələşdirməyə hazır olduğunu bildirib və məsələnin araşdırılması üçün öz əməkdaşlarına tapşırıq verib.
36 yaşlı qadın ilk övladını 2,5 il öncə 7 ildən sonra dünyaya gətirmişdi
Hazırda hər iki müəllim məktəbdə çalışır
Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklər
ilk "DOST" Yasamalda açılacaq
104 nəfər məktəb direktoru vəzifəsində təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb