Bakıda prestijli binada yanğın olub

23 İyun, 2018 12:38 | Sosial | Baxış sayı: 136

Bakıda yaşayış binasında yanğın baş verib. 

İstiPress-in məlumatına görə,  yanğın Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, “Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

 Fövqəladə Hallar Nazirliyi hazırda yanğının başvermə səbəbləri araşdırılır.