“Mall”ların açılacağı gözlənilir

23 May, 2020 14:32 | Sosial | Baxış sayı: 293
Gənclik Mall
Gənclik Mall

Bu qaydanı pozanlara hətta cərimələr də tətbiq oluna bilər

“Növbəti yumşalma mərhələsində “mall”ların açılması gözlənilir”.

İstiPress-in məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Hazırda açıq havada idman yarışlarının keçirilməsi müzakirə olunur. Bununla belə açıq havada maskadan istifadə tövsiyə olunur, qapalı yerlərdə isə mütləqdir. Bu qaydanı pozanlara hətta cərimələr də tətbiq oluna bilər”, - İ.Məmmədov deyib.