Ramazanda İranda saxta araqdan 43 nəfər zəhərlənib, 6-sı ölüb

23 May, 2019 20:04 | Sosial | Baxış sayı: 68
İran gəncləri əyləncə zamanı
İran gəncləri əyləncə zamanı

Bu cür içkilər qaçaqmal yoluyla ölkəyə gətirilir və ya bəzi evlərdə, sexlərdə istehsal olunur

İranın İsfəhan şəhərində saxta içkidən 6 nəfər ölüb.

İstiPress-in məlumatına görə, İsfahan Tibb Elmləri Universitetinin rektoru Tahire Çengiz bildirib ki, son günlər şəhərdə saxta içkidən 43 nəfər zəhərlənib, onlardan 6-sı dünyasını dəyişib. 

Qeyd edək ki, İranda spirtli içkinin satışı və istehsalı qadağan olunsa da, bu cür içkilər qaçaqmal yoluyla ölkəyə gətirilir və ya bəzi evlərdə, sexlərdə istehsal olunur. Yerli qanunlara görə, spirtli içki istehsal edən, alan və satışını həyata keçirənləri həbs və ya qamçı cəzası gözləyir.