Beş yeniyetməni it dişlədi

23 May, 2019 18:58 | Sosial | Baxış sayı: 44

Onlara quduzluq əleyhinə peyvənd vurulub

Kürdəmir rayonunda 5 yeniyetməni it dişləyib.

İstiPress-in məlumatına görə, rayonun Sığırlı kənd sakinləri - 2003-cü il təvəllüdlü Nadir Vüqar oğlu Aslanov, 2008-ci il təvəllüdlü Osman Sarvan oğlu Şəmiyev, Muradxan kənd sakini, 2006-cı il təvəllüdlü Elçin Fətiş oğlu Hacıyev, Mürtülü kənd sakini, 2007-ci il təvəllüdlü İsmayıl Fazil oğlu Əhmədov və Böyük Kəngərli kənd sakini, 2007-ci il təvəllüdlü Xəyal İlham oğlu Allahverdiyevi it dişləyib.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.