Şagirdləri 700 bal yığan məktəblər SİYAHI

23 May, 2018 08:25 | Sosial | Baxış sayı: 367
Qəbul imtahanı
Qəbul imtahanı

Bu dəfə 3 nəfər rekord qıra bilib

Dövlət İmtahan Mərkəzi mayın 20-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. DİM-dən İStiPress-ə verilən məlumata görə, imtahan nəticələri mərkəzin saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 33139 abituriyentdən 648 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. 

İmtahanda I ixtisas qrupu üzrə 2 abituriyent (İsmayıllı şəhəri, 6 saylı tam orta məktəb və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları),

IV ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.