Azərbaycanda hər il minlərlə nikahsız uşaq doğulur

23 May, 2018 13:37 | Sosial | Baxış sayı: 74
Körpə
Körpə

Azərbaycanda hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur.

İstiPress-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Komitə sədrinin müavini bildirib ki, 10 il əvvəl bu rəqəmin sayı 3000-4000 idisə, bu gün bu göstərici aşağı düşüb: “Bu, görülən tədbirlər nəticəsində mümkün olub. Amma bu problem hələ də qarşımızda duran əsas məsələdir”.

S.Qəhrəmanova əlavə edib ki, Azərbaycanda ailə institutu olsa da, onu təkmilləşdirmək lazımdır: “Bizim ailə institutu təcrübəsini öyrənmək istəyən ölkələr də var. Bizim milli mənsubiyyətimiz, milli dəyərlərimiz ailədir. Ona görə də biz hansı yol gedəcəyimizə diqqət yetirməliyik. Azərbaycanda ailə institutunu təkmilləşdirmək üçün mükəmməl hüququ bazamız var. Buna baxmayaraq, bu gün müəyyən problemlərlə üzləşirik. Bu problemlər qeyri-rəsmi nikahlar, ailədə olan məişət zorakılıqları və s.-dir”.

O qeyd edib ki, komitəyə edilən müraciətlər daha çox alimentlərlə bağlı olur: “Qadınlara çox cüzi miqdarda alimentin verilməsi böyük problemə çevrilir”.