200-ə yaxın dərmanın qiyməti təsdiqlənib SİYAHI

23 May, 2017 18:33 | Sosial | Baxış sayı: 140
Qaçaqmal dərmanlar
Qaçaqmal dərmanlar

Dərman vasitələri yeni qeydiyyatdan keçib

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan İstiPress-ə verilən məlumata görə, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq yeni qeydiyyatdan keçmiş 200-ə yaxın dərman vasitəsinin qiyməti təsdiq edilib.

Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10361 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.