Bakıda “Formula 1” günlərində yağış yağacaq?

23 Aprel, 2019 08:45 | Sosial | Baxış sayı: 42
Formula 1 Bakı
Formula 1 Bakı

Sinoptiklər ilin əsas yarışında gözlənilən proqnozu açıqladılar

“Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı (26 - 28 aprel) Bakıda müşahidə olunacaq ilkin hava proqnozu açıqlanıb. Aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacaq. Cənub-qərb küləyi 5-10 m/s, arabir 12-15 m/s olacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 14-19° isti təşkil edəcək.

Aprelin 27-də hava yağmursuz olacaq. Cənub-qərb küləyi 5-10 m/s, gündüz arabir 12-15 m/s olacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 16-19° isti təşkil edəcək.

Aprelin 28-də, final günündə isə hava, əsasən, yağmursuz keçəcək.Cənub küləyi 7-12 m/s, gündüz arabir 15-18 m/s olacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-18° isti təşkil edəcək.