Sabah yağışa hazır olun

23 Mart, 2020 12:36 | Sosial | Baxış sayı: 107
Yağışlı hava
Yağışlı hava

Bəzi yerlərdə duman və külək də gözlənilir

Sabah ölkə ərazisində dəyişkən buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 24 də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 6-9° isti, gündüz  13-17° isti,
Bakıda  gecə 7-9° isti, gündüz 14-16° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı  yerlərdə  zəif duman olacaq. 
Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz  15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti olacaq.