Dünya dəhşət içində - koronavirus kabusu 14 min adamı öldürdü

23 Mart, 2020 09:40 | Sosial | Baxış sayı: 131
Koronavirus
Koronavirus

Bir sutkada ölənlərin sayı 1593 nəfər olub

Dünyada koronavirusdan ölənlərin sayı 14 min nəfəri ötüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19 infeksiyasına yoluxanların sayı 335 997 nəfərə çatıb. Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. 

Sağalanların sayı ilə bağlı rəqəmlər isə ürəkaçandır  - son sutkada onların sayı əvvəlki gün ilə müqayisədə 5961 nəfər artaraq  98 333 olub.

Lakin ölü sayaında da artım davam edir. Bir gün ərzində 1593 nəfər həyatını tirib. Nəticədə virus qurbanlarının sayı 14 641 olub. 

Azərbaycanda isə aktiv koronavirus daşıyıcılarının sayı 54 nəfərə çatıb. Ölkədə izolyasiya tədbirləri gücləndirilib.

Qonşu dövlətlərdə vəziyyət isə daha gərgindir. Son məlumata görə, İranda virusa yoluxanların sayı 21,6 min nəfərə çatıb. 1685 adam isə ölüb. 

Türkiyədə isə son 2 gündə ölüm və yoluxma halları kəskin artıb. Səhiyyə naziri Fahrettin Koca "Twitter" hesabında bildirib ki, son gündə 9 yeni ölüm faktı, 289 yoluxma qeydə alınıb. "Evimizdə qalaq, risk almayaq. Həyat evə sığar".

Bununla da Türkiyədə koronavirus daşıyıcılarının sayı 1236-ya, ölü sayı isə 30-a çatıb. 

Xatırladaq ki, koronavirus ötən ilin sonunda Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Qısa müddət ərzində virus bütün dünyaya sıçrayıb. Çində isə artıq həyat normallaşmağa doğru gedir. 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.