İt üç azyaşlını dişlədi

23 Fevral, 2020 17:21 | Sosial | Baxış sayı: 71
Quduz it
Quduz it

Quduzluğa qarşı peyvənd olunublar və müalicələri davam etdirilir

Şəkidə bir it üç nəfəri dişləyib.

İstiPress-in məlumatına görə, Şəkinin Qırxbulaq kəndində it kənd sakinlərinə hücum edib və üç nəfəri dişləyib. Xəsarət alan üç nəfər həmin kənd sakinləri, 2014-cü il təvəllüdlü Hüseynov Vüsal Nadir oğlu, 2011-ci il təvəllüdlü Əlili Adəm Polad oğlu və 2008-ci il təvbəllüdlü Əlifov Cəlal Cəvanşir oğlu Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanada yaralılara yardım göstərilib, quduzluğa qarşı peyvənd olunub və müalicələri davam etdirilir.