İran Azərbaycanında güclü zəlzələ oldu - 5,7 bal

23 Fevral, 2020 10:57 | Sosial | Baxış sayı: 139
Xoy şəhəri - Qərbi Azərbaycan, İran
Xoy şəhəri - Qərbi Azərbaycan, İran

Yerli vaxtla saat 09:22 dəqiqədə qeydə alınıb

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 5,7 bal gücündə zəlzələ baş verib.

İstiPress-in məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 09:22 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb.

Dağıntı və tələfat haqda hələlik məlumat verilməyib.