Üç nəfəri eyni vaxtda elektrik cərəyanı vurdu

23 Yanvar, 2020 18:27 | Sosial | Baxış sayı: 94
Təcili yardım maşını
Təcili yardım maşını

Ağır vəziyyətdə xəstəxanaya aparılıblar

Tovuz rayonunda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub.

İstiPress-in məlumatına görə, onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb. 

Onların Tovuz rayon sakinləri - 1975-ci il təvəllüdlü Suliddin Abdullayev, 1980-ci il təvəllüdlü Ayət Abduləzizov və Nihad Xudayi olduğu qeyd olunub. Yaralıların Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

Onların Türkiyənin “Polad Yol Yapı” şirkətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.