Azərbaycanda qəndə ağardıcı maddə qatan iranlı ələ keçdi

23 Yanvar, 2020 12:38 | Sosial | Baxış sayı: 88
Qənd
Qənd

İran vətəndaşı süfrədən əksik olmayan məhsula "Natrium disionid" qatıb

Azərbaycanda qənd məhsullarına "Natrium disionid" adlı ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadənin sözlərinə görə, bu şəxs tərəfindən Azərbaycanda sex açaraq fəaliyyət göstərib.

Həmin sexdə isə sözügedən kimyəvi maddə şəkərə əlavə edilib:

"Biz tövsiyə etmirik ki, hər hansı kimyəvi maddə təkrar şəkərə qatılsın. Burada müəyyən texnoloji ardıcıllıq var və həmin texnoloji ardıcıllığa riayət olunsa, heç bir əlavə qatqılara ehtiyac olmayacaq".