700 nəfər işsiz qaldı

23 Yanvar, 2017 21:39 | Sosial | Baxış sayı: 258
700 nəfər işsiz qaldı
700 nəfər işsiz qaldı

Bununla texnologiya nəhəngi hədəfinə çatır

700 "Microsoft” işçisi daha, qarşıdakı həftədən etibarən işsiz qalacaq.

Texnologiya nəhəngi "Microsoft”, etdiyi strategiya dəyişikliyi səbəbindən təxmini 3000 adamın işinə son verəcəyini elan etmişdi. Qarşıdakı həftələrdə daha 700 adamın işdən çıxarılmasıyla birlikdə şirkət hədəfinə çatacaq. 

Şirkətin belə bir addım atmasıyla birlikdə onun hədəflədiyi işdən çıxartma sayına çatmış olacaq və yeni strategiyasına uyğun olaraq 1600 adam işə götürəcək. Bununla da şirkətin məşğulluq sayında 1400 adama yaxın azalma olacaq. Digər tərəfdən işdən çıxarılan işçilərin mövqeyi və gələcəyinin necə formalaşacağı barədə məlumat yoxdu. Hansı departamentdən işçi gedir, hansı departamentə işçi gəlir? İndiki məlumatlara görə "Microsoft”, mobil bazarda istədiyi uğuru əldə edə bilmədiyi üçün mobil bazardan çəkildi. Buna bağlı olaraq işdən çıxarılmaların çox hissəsi mobil departamentindən olduğu təxmin edilir.