Bakıda güzəştli evlərin satışı başlayır TARİX

22 Dekabr, 2018 10:10 | Sosial | Baxış sayı: 223
Bakıda güzəştli mənzillərin tikildiyi Yasamal yaşayış kompleksi - MAKET
Bakıda güzəştli mənzillərin tikildiyi Yasamal yaşayış kompleksi - MAKET

Ancaq elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər

Güşəştli mənzillər yenidən satışa çıxarılır. Mənzil İnşaatı Dövlət Agentliyinindən İstiPress-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı 25 yanvar 2019-cu il tarixində saat 11:00-da başlayacaq. Satış 8 fevral 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. 

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 174 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Satış şərtləri və qiymətlər:

Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. 

1 otaqlı mənzillərin qiyməti – 29 954 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 614 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 959 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.