Azərbaycana qış gəldi

22 Dekabr, 2018 09:13 | Sosial | Baxış sayı: 64
Qarlı hava şəraiti
Qarlı hava şəraiti

Bu gecə saat 02-də ilin ən soyuq fəsli başlayıb

Bu gecədən Azərbaycana qış daxil oldu. Qış fəsli gecə saat 02:22-də gəlib. Bununla da payız fəsli başa çatıb və Böyük çillə başlayır. Böyük Çillə 40 gün davam edəcək.

Qeyd edək ki, dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsidir. Bu gündən etibarən gecələr qısalmağa, gündüzlər uzanmağa başlayacaq.

Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də qədəm qoyacaq.