QMİ Ümrə ziyarətini ucuzlaşdırdı

22 Dekabr, 2017 12:55 | Sosial | Baxış sayı: 83
ümrə ziyarəti
ümrə ziyarəti

Ucuzlaşma 500 dollara yaxındır

“Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Noyabr ayının sonundan indiyədək Azərbaycandan iki qrup Ümrə ziyarətinə gedib”.

İstiPress-in məlumatına görə, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov bildirib.

O qeyd edib ki, yanvar ayı ərzində Azərbaycandan daha bir qrup kiçik Həcc ziyarətinə yollanacaq: “Fevral ayı üçün də gediş nəzərdə tutulur”.

QMİ rəsmisi bildirib ki, Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb: “Qiymət ucuzlaşıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox uzuclaşıb”.

Ümrə ziyarətinin 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə yekunlaşdığını xatırladan QMİ rəsmisi əlavə edib ki, ziyarət ümumilikdə 9 gün çəkir: “QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir”.