Tibbi sığortaya görə müraciət

22 Noyabr, 2019 12:26 | Sosial | Baxış sayı: 78
Həkimlər
Həkimlər

Şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib. Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunur.  

1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacağı üçün artıq müəssisələrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. 

Belə ki, artıq bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur.