Quba-Qusar qara büründü FOTO

22 Noyabr, 2019 09:55 | Sosial | Baxış sayı: 226
Qarlı hava
Qarlı hava

Qusarda -15 dərəcə şaxta qeydə alınıb

Şimal rayonlarında qarşı-şaxtalı hava davam edib. İstiPress-in Şimal bürosunun məlumatına görə, qar yağışı bu gecə də davam edib. Quba və Qusarın rayon mərkəzlərinə də mövsümün ilk qarı yağıb.

Quba Ərazi Hidrometrologiya Müəssisəsindən əldə etdiyimiz məlumata görə, bu gecə Quba, Qusar, Xızı rayonlarına qar yağıb. Ən çox qar yağaıntı Xızının Altıağac kəndində müşahidə edilib. Burada qarın hündürlüyü 12 sm-ə çatıb. Qusar-Yasab massivində isə 7 sm qar müşahidə olunub.

Ən çox şaxta isə 8 sm qar düşən Qusarın Ləzə kəndində müşahidə olunub -15 dərəcə. Qubanın Qrız kəndinə 9, Xınalıqda 8,  Qrıza 9, Xınalıqda isə -8,8 dərəcə şaxta qeydə alınıb.