Rayondan Bakı şəhərinə yola düşüb
Bakıda ruhi xəstə olan qadın itkin düşüb.
İstiPress-in məlumatına görə, bu barədə qadının yaxınları məlumat verib.
Bildirilib ki, Xocalı şəhər sakini, 49 yaşlı Nəsibova Bahar Fərman qızı noyabrın 17-də Bərdə rayonundan Bakı şəhərinə yola düşüb.
O, əvvəl Pirallahı rayonunda, daha sonra isə Xətai rayonunda yerləşən "Ana harayı" abidəsinin qarşısında görünüb.
Onun əlamətləri: gözünün rəngi qəhvəyi, boyu - 1.65 smdir. Əynində qara yubka, açıq bənövşəyi kofta, şabalıdı rəngdə şal, dizə qədər çəkmə olub. Əlində "Quranı Kərim" və iki göy sellofan torba olub.
B.Nəsibovanı görənlərdən xahiş olunur ki, bu nömrələrlə əlaqə salanılsın: 050 613 83 53, 050 853 63 67.
Psixoloqlar 24-28 dekabrda imtahan verəcəklər
Məhdudiyyət saat 08:00-dan anım tədbiri tam başa çatanadək davam edəcək
Gəncədə toyuq emal edən müəssisə bağlanılıb
10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyətinə nəzarə gücləncirilir
Mülayim cənub-şərq küləyi əsəcək