Azyaşlı qız yoxa çıxdı - FOTO

22 Noyabr, 2019 14:47 | Sosial | Baxış sayı: 222
İtkin qız
İtkin qız

Qonşuluqda toya hazırlaşan uşağın atası onu evə pencək dalınca göndərib

Tovuzda azyaşlı yoxa çıxıb. 

İstiPress-in məlumatına görə, rayonun Dondar Quşçu kəndində 2009-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı dünən gecə saatlarından tapılmır. 

Məlumata görə, axşam saatlarında qonşuluqda toya hazırlaşan uşağın atası onu evə pencək dalınca göndərib və həmin vaxtdan sonra azyaşlı itib.

Faktla bağlı araşdırma aparılır.