Sabah dumanlı, çiskinli hava olacaq

22 Oktyabr, 2019 12:11 | Sosial | Baxış sayı: 58
Çiskinli hava şəraiti
Çiskinli hava şəraiti

Bəzi yerlərdə temperatur 3 dərəcəyə kimi düşəcək

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-22, Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və şərq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.