Bakı metrosunda qatarların hərəkətində gecikmələr yaranıb.
İstiPress-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O qeyd edib ki, “N. Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş vermiş nasazlığa görə hazırda Metropoliten xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur: "Bəzi qatarlar arasında intervaldan əlavə olaraq 2-3 dəqiqə gecikmə müşahidə olunur”.
B. Məmmədov həmçinin bildirib ki, bəzi qatarlar qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edir.