Azərbaycanda zəlzələ olub

22 Sentyabr, 2020 13:55 | Sosial | Baxış sayı: 85
Zəlzələ
Zəlzələ

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla 08:35-də Zaqatala stansiyasından 23 km şimal qərbdə Balakən rayonunda zəlzələ qeydə alınıb.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Qeyd olunub ki, yeraltı təkanların maqnitudası 2,7, dərinliyi isə 7 km olub.