Bakıda avtobuslarda gediş haqqı bahalaşdı - 40 qəpik

22 Sentyabr, 2017 17:50 | Sosial | Baxış sayı: 2271
Avtobus (arxiv)
Avtobus (arxiv)

Bakı Nəqliyyat Agentliyi məsələyə münasibət bildirdi

20-ci Sahə - Qaradağ marşurtu üzrə hərəkət edən avtobusun sərnişinləri iddia edirlər ki, sürücülər gedişhaqqını süni şəkildə artırırlar. Binə ticarət mərkəzindən Sanqaçal qəsəbəsinə kimi gediş haqqı 40 qəpik olmasına baxmayaraq, sürücülər əlavə olaraq sərnişinlərdən pul tələb edir.

Problemlə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirir ki, bu cür hallarla qarşılaşan sərnişinlər 141 çağrı mərkəzinə müraciət etsinlər:

“Avtobuslarda gedişhaqqı sərnişinlərin görə biləcəkləri yerdə asılır. Sərnişin isə həmin qiymətə uyğun sürücüyə ödəmə edir. Artıq tələb olunan hər hansı bir məbləğ sürücüyə ödənilməməlidir. Sərnişinlərdən əlavə pul yığılması qanunsuzluqdur. Bu cür hallarla qarşılaşan sərnişinlər 141 çağrı mərkəzinə müraciət etməli, avtobusun eyniləşdirmə və dövlət nömrə nişanı barədə mərkəzə məlumat verməlidirlər.

195 nömrəli avtobusla bağlı qeyd etdiyiniz məsələ araşdırılacaq. Nəticəni araşdırdıqdan sonra bildirəcəyik”./Metbuat.az