İstirahət zonasında ev yandı - zəhərlənənlər var

22 Avqust, 2019 17:51 | Sosial | Baxış sayı: 58
Yanğın
Yanğın

Yanğın söndürülüb

Göygöl rayonunda fərdi yaşayış evi yanıb.

İstiPress-in məlumatına görə, hadisə gəncəlilərin yay aylarında istirahət üçün üz tutduğu Toğana kəndində qeydə alınıb. 

Əraziyə Göygöl rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ancaq ucqarda yerləşdiyindən texnikanın hadisə yerinə çatmasında problem yaranıb. Bununla belə yanğın söndürülüb. 

İlkin məlumata əsasən, yanğın zamanı 3 nəfər tüsütüdən zəhərlənib. 

Faktla bağlı araşdırma aparılır.