Bakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb

22 Avqust, 2019 16:59 | Sosial | Baxış sayı: 78

Hadisə yerinə 10 Təcili Yardım Maşını göndərilib

Nərimanov rayonu, “Baksol” yolunda yerləşən taxta bazarında yanğın başlayıb. 

İstiPress-in məlumatına görə,  yanğınla əlaqədar hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb edilib. Səhiyyə Nazirliyi yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım Maşını göndərilib. Hələlik təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyevlə yanaşı, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də hadisə yerindədir. İlkin məlumata görə, yanğının başlamasına səbəb elektrik naqillərində olan qısaqapanmadır. 

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, onların hər ikisi FHN-in yanğınsöndürənləridir.