Azərbaycan məscidlərində Qurban bayramı namazı qılınıb

22 Avqust, 2018 09:39 | Sosial | Baxış sayı: 94
şeyxülislam Hacı Allahşükür Paşazadə
şeyxülislam Hacı Allahşükür Paşazadə

Bayram namazını Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə qıldırıb

Bu gün Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınıb.

İstiPress-in məlumatına görə, Təzəpir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqust ayının 22 və 23-ü qeyri-iş günüdür.