“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib

22 Avqust, 2017 12:07 | Sosial | Baxış sayı: 101
Dəmir yolu
Dəmir yolu

Təmir işləri ilə əlaqədar məhdudiyyət yaranıb

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.

“Azərbaycan Dəmir Yolları”nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “İstiPress”ə verdiyi məlumata görə, Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 22.08.2017-ci ildən 26.09.2017-ci ilədək Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, Bakı-Sumqayıt və Bakı-Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq.