"Sovetski"də təmir qaz xətlərini zədələdi

22 İyul, 2019 16:18 | Sosial | Baxış sayı: 45
"Sovetski"də tikinti işləri
"Sovetski"də tikinti işləri

Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatı bərpa edilib. 

Bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur.