SSRİ-nin qurucusunun alma hədiyyəsinə görə göndərdiyi çap maşını
1875-ci ildə "Əkinçi"qəzetilə Azərbaycan Milli Mətbuatının bünövrəsini qoymuş Həsən bəy Zərdabinin yaradıcılığının müəyyən hissəsi Quba ilə bağlıdır. Həsənbəy Məlikov 1868-ci fevral ayından oktyabra kimi Qubada məhkəmə katibi işləyib. İstiPress-in Şimal bürosunun məlumatına görə, bu məlumatı bu gün Milli Mətbuat günü ilə bağlı Quba rayon İcra Hakimiyyətində yerli jurnalistlərlə keçirilən görüşdə rayonun İH başçısı Ziyəddin Əliyev səsləndirib.
Onun sözlərinə görə, "Əkinçi"nin nəşrə başlaması milli mətbuatımızın inkişafına ciddi təkan verib: "Sonrakı dövrlərdə xüsusilə 20-ci əsrin əvvəllərindən başlayaraq ölkəmizdə"Molla Nəsrəddin" və "Füyuzat"jurnalları, həmçinin daha bir neçə qəzet və jurnal dərc edilməyə, 1926-cı ildən milli radio və 1956-cı ildən isə milli televiziyamız fəaliyyət göstərməyə başlayıb".
Həsən bəyin "Əkinçi"sinin milli mətbuatımızın inkişafına verdiyi dəyərdən danışan Ziyəddin Əliyev Azərbaycanda mətbəəsi olan ilk rayon qəzetinin "Əxbar"adı ilə Qubada işıq üzü gördüyünü deyib və bu il 98 yaşı olan"Şəfəq "qəzetinin şərəfli bir tarix keçdiyini xüsusilə diqqətə çatdırıb.
"Şəfəq"qəzetinin redaktoru Qəhrəman Qasımov qəzetin tarixilə bağlı maraqlı açıqlama edərək bildirib ki, 1920-ci il dekabr ayında 8-ci Sovetlər Qurultayına Quba Qəza İnqilab Komitəsindən nümayəndə heyəti gedərkən Komitənin sədri Qasım İsmayılov bir xurcun alma aparıb və Xalq Komissarlar Sovetinin İşlər müdiri Qarbunova verərək xahiş edib ki, hədiyyəni V.İ.Leninə çatdırsın. Hədiyyə də sahibinə çatdırılıb. Lenin alma hədiyyəsinə görə qubalıları mükafatlandırıb və Qubaya bir çap maşını göndərib. 1921-ci ilin aprel ayında "Əxbar" qəzeti Leninin hədiyyəsi olan çap maşın ilə işıq üzü görüb.
Xatırladaq ki, Qubanın Zərdabi qəsəbəsi məhz Həsənbəy Məlikovun xatirəsinə Zərdabi adlandırılıb.
10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyətinə nəzarə gücləncirilir
Gəncədə toyuq emal edən müəssisə bağlanılıb
Təhlükəsizlik sədlərinin təmiri işləri aparılır
Mülayim cənub-şərq küləyi əsəcək