Bu yollarda yük maşınlarına qadağa qoyuldu SİYAHI

22 İyul, 2019 12:39 | Sosial | Baxış sayı: 66
Vaqif Əsədov - Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsisinin rəisi, polkovnik
Vaqif Əsədov - Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsisinin rəisi, polkovnik

Yük avtomobilləri şəhərin mərkəzinə doğru hərəkət edə bilməyəcək

15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar iyulun 28-dək tədbirlərin keçirildiyi ərazi üzrə küçə və prospektlərdə yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

"Bu mötəbər beynəlxalq tədbirin keçirildiyi ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və Bakı şəhərində süni sıxlığın yaranmaması məqsədilə yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara tövsiyə edilir ki, müvəqqəti olaraq, yəni iyulun 28-dək şəhərin mərkəzi istiqamətində yük maşınlarından istifadə edilməsin.

Belə ki, Xırdalan dairəsi Beynəlxalq Avtovağzal Kompleksi yanından, Lökbatan dairəsindən yük avtomobillərinin şəhərin mərkəzinə doğru hərəkətinə məhdudiyyət tətbiq edilir və istiqamət dəyişdirilir".

Yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılarına mövcud vəziyyəti nəzərə alıb alternativ variantlar üzrə hərəkət etmələri tövsiyə olunur.