Bu küçələrə avtobus marşrutu açıldı - FOTO

22 İyun, 2019 14:46 | Sosial | Baxış sayı: 212

İki massivə avtobus açıldı

Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsi təmin edilib.

İstiPress-in məlumatına görə, bu gün səhərdən etibarən 185 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yaşayış kompleksindən keçməklə hərəkət edirlər. Artıq kompleks sakinləri Sabunçu rayon mərkəzi, Neftçilər metrostansiyası və 8-ci km bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə gedib-gələ bilirlər.

Bu gündən etibarən Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi sakinlərinin də ictimai nəqliyyatdan istifadə etmək istəkləri təmin edilib. 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə sərnişinlərimizə xidmət göstərir.