Bakıda nasaz yük maşını avtobusa çırpıldı - VİDEO

22 İyun, 2018 13:18 | Sosial | Baxış sayı: 120
Qəza öncəsi vəziyyət
Qəza öncəsi vəziyyət

Qorxulu kadrlar

Binəqədi rayonu ərazisində (Biləcəri dairəsi) nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını "Xaliq Faiqoğlu" şirkətinə məxsus 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.

İstiPress-in məlumatına görə, yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Xoşbəxtlikdən avtobusun salonundakı sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.

Qəza nəticəsində şirkətə böyük miqdarda maddi ziyan dəyib. Artıq bununla bağlı ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.