Səhiyyə naziri tapşırıqlar verdi

22 İyun, 2017 16:19 | Sosial | Baxış sayı: 89
Oktay Şirəliyev
Oktay Şirəliyev

Həkimlərin bilik və bacarıqları təkmilləşdiriləcək

Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” əmr İmzalayıb.

Səhiyyə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, ölkədə səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə imzalanmış əmrdə səlahiyyətli şəxs və qurumlara tapşırıqlar verilib.

Əmrdə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" ın təsdiqlənməsi və bu qaydaları səhiyyə idarə və müəssisələrinin rəhbərlərinin öz işlərində rəhbər tutmaları tapşırılır.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru N.Qasımova sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedraları üzrə davamlı tibbi təhsilin 2017/2018-ci tədris ilindən tətbiqi pilot layihəsi üçün təkmilləşdirmə kurslarının təşkili və proqramların hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu bu əmrin birinci bəndi ilə təsdiq edilmiş qaydalara əsasən təmin edilməsi, pilot layihəsinin nəticələrinə əsasən davamlı tibbi təhsil sisteminin digər ixtisaslar üzrə tətbiqi edilməsi tapşırığı da Əmrdə öz əksini tapıb.

Daha sonra kadrlar, elm və təhsil şöbəsinin rəhbərliyinə və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədrinə səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçirilən elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə akkreditə olunması barədə 1 ay müddətində təkliflər hazırlanması, davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək elektron proqramın texniki tapşırığının və proqramın hazırlanması, həmçinin istifadəyə verilməsi təmin edilməsi tapşırılır.