Yelləncəkdə boğulmuş məktəbli xəstəxanada keçindi

22 May, 2020 15:23 | Sosial | Baxış sayı: 204
Yelləncək
Yelləncək

İp boğazına dolaşmışdı

Şabranda bir gün əvvəl yelləncəkdə oynayarkən boğulan 11 yaşlı məktəbli Əli Məlikli rayon mərkəzi xəstəxanasında ölüb.

İstiPress-in şimal bürosuna Şabran rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, Əli Məlikli səhər saatlarında bütün intensiv müalicə tədbirlərinə baxmayaraq reanimasiya şöbəsində keçinib.

Dördüncü sinifdə oxuyan 11 yaşlı Əli Məlikli həyətlərindəki yelləncəkdə yellənərkən ip boğazına dolaşıb və xəstəxanaya çatdırılıb. Mayın 17-də Qubanın Alpan kəndində 13 yaşlı Etibar Novruzov da yelləncəkdə ipin boğazına dolaşması nəticəsində həyatını itirib.

Bu, son 6 gündə şimal bölgəsində iki uşağın yelləncəkdə yellənməsi nəticəsində baş verən 2-ci ölüm hadisəsidir.