Karantin rejimi sərtləşdiriləcəkmi?

22 May, 2020 17:11 | Sosial | Baxış sayı: 285
karantin
karantin

"Şənbə və bazar günlərində məhdudiyyətlər ilə bağlı təkliflər var"

“Yaranmış situasiya xüsusi karantin rejiminin sərtləşdiirlməsinə əsas vermir. Qərargah sərtləşməyə qayıtmağı zəruri hesab etmir”.

İstiPress-in məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Doğrudur, şənbə və bazar günlərində məhdudiyyətlər ilə bağlı təkliflər var. Amma nə sərtləşdirmə, nə də yumşalma ilə bağlı hələ ki, zəruri heç nə yoxdur”, - deyə İ.Məmmədov deyib.