Bu uşaqların 1-ci sinfə qəbulu dayandırılır

22 May, 2018 14:56 | Sosial | Baxış sayı: 1265
Birinci sinif
Birinci sinif

6 yaşı dekabrın 31-dək tamam olan uşaqlar məktəbə qəbul olunacaqlar

Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsi təklif edilir. Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Digər dəyişikliklə isə maddənin 12-ci bəndi ləğv edilir. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilərdi.

Qanun qəbul ediləcəyi təqdirdə bu ildən qüvvəyə minəcək./report/