“BakuBus” sərnişinlərinə xoş xəbər

22 May, 2018 11:37 | Sosial | Baxış sayı: 122
"BakuBus"
"BakuBus"

Heç kim istidən əziyyət çəkməyəcək

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus avtobuslarda kondisionerlər işə salınıb. Qurumdan İstiPress-ə verilən məlumata görə, avtobuslarda kondisionerlər payızda hava şəraiti sərinləşənədək işləyəcək. 

Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus avtobuslar Bakı şəhəri ərazisində 1, 2, 3, 5, 6, 8, 13, 14, 17, 21, 125, 175 nömrəli və Hava Limanı Ekspress marşrut xəttləri üzrə hərəkət edir. 
“BakuBus” MMC sərnişinlərə etibarlı, təhlükəsiz və rahat avtobus nəqliyyat xidməti göstərir. 

“BakuBus” MMC-nin əsas məqsədi sərnişinlərin ehtiyac və tələblərini qarşılamaq, ictimai nəqliyyatın keyfiyyətini artırmaq və bu sahədə innovasiyaları tətbiq etməkdən ibarətdir.