Sabah küləyə hazır olun

22 Fevral, 2020 13:16 | Sosial | Baxış sayı: 143
Küləkli hava
Küləkli hava

Bəzi rayonlarda çiskin də gözlənilir

Bazar günü Azərbaycanda küləkli hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, gecə və səhər şərq rayonlarında çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.