Azərbaycanlıların ən çox getdiyi ölkədə koronavirus dəhşəti

22 Fevral, 2020 13:37 | Sosial | Baxış sayı: 259
Koronavirus İranda
Koronavirus İranda

Cənub qonşumuzda ölü sayı 6-ya çatıb

Azərbaycanın cənub sərhəddində koronavirusdan ölənlərin sayı yenidən artıb. Ən son məlumata görə, İranda ölü sayı 6-ya çatıb.  

Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxanların sayı da artaraq 28 nəfərə çatdığını açıqlayıb. Son bir sutkada 10 nəfərdə yeni virus aşkar edilib. 

Qeyd edək ki, virusa görə Səudiyyə Ərəbistanı öz vətəndaşları xaric, İrandan gələn digər xarici vətəndaşların öz ölkəsinə girişinə də qadağa qoyub. Həmin şəxslərin İrandan qayıtdıqdan yalnız 14 gün sonra ölkəyə buraxıla biləcəkləri bəyan edilib.

Küveyt Hava Qurumu İrana səfər edən şəxslərin bütün səfərlərinin dayandırıldığını açıqlayıb.

Çindən başalayan virus dünyanın başqa ölkələrində də can almağa davam edir. Artıq ölüm faktı İtaliyada da qeydə alınıb. Bu ölkədə 2 nəfər xəstəliyin qurbanı olub. 

Ümumiyyətlə koronavirusun yeni ştammından (COVID-2019) ölənlərin sayı 2347 nəfərdir. Ölüm faktlarının böyük əksəriyyəti Çində- Xubey vilayətində qeydə alınıb.