Bu gecə Azərbaycana qış daxil olacaq

21 Dekabr, 2018 09:45 | Sosial | Baxış sayı: 71
Qarlı qış
Qarlı qış

Dekabrın 22-də ən uzun gecə olacaq

Bu gecə Azərbaycana qış fəsli daxil olacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, qışın ölkəmizə dekabrın 22-si saat 02:22:42-də daxil olacağı açıqlanıb. 

Bu o deməkdir ki, dekabrın 22-də gecənin ən uzun, gündüzün isə ən qısa vaxtı olacaq. Xalq təqviminə görə, dekabrın 26-27-dən sonra gecə tədricən qısalmağa, gündüz isə uzanmağa başlayır. Bu proses martın 21-dək davam edir. Və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verir. 

2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq.