Yəhudi ravvin: Azərbaycanda sünni və şiələr birlikdə namaz qılır

21 Dekabr, 2017 17:45 | Sosial | Baxış sayı: 167
Abraham Kuper - ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin
Abraham Kuper - ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin

Abraham Kuper Qərb dünyasına islamın gerçək ruhunu anlatmağı vacib saydı

“Azərbaycanda sünni və şiələr birlikdə namaz qılırlar”.

İstiPress-in məlumatına görə, bu sözləri Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper deyib.

Amerikalı ravvin bildirib ki, Azərbaycandakı sünni və şiələrin bir-birlərinə qarşılıqlı hörmətləri mövcuddur.

Onun sözlərinə görə, Azərbaycanda bütün dini konfenssiyaların nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar.

A.Kuper qeyd edib ki, terrorizmə qarşı mübarizə daha da gücləndirilməlidir.

Mədəniyyətlər və dinlərarası dialoqun doğru yol olduğunu bildirən Bolqarıstanın baş müftisi Mustafa Haçı isə deyib ki, islam dünyası hazırda özünün çətin dövrünü yaşayır.

O belə konfransların keçirilməsinin Qərb dünyasına islamın gerçək ruhunu anlatmaq üçün müstəsna əhəmiyyət daşıdığını qeyd edib.