Yoluxmaların artması yerli hakimiyyəti hərəkətə keçirdi

21 Oktyabr, 2020 15:22 | Sosial | Baxış sayı: 109

Qubada rəsmi qurumun reydləri davam edir.

İstiPress-in şimal bürosunun məlumatına görə, son günlər rayonda koronavirusa yoluxanların sayının artması və bir ölüm faktının qeydə alınması Quba İH rəhbərliyinin reydlərini intensivləşdirib.

Qubanın İH başçısı Ziyəddin Əliyev növbəti dəfə reydə çıxıb. Əhalinin çox toplaşdığı yerlərə, turizm obyektlərinə, ticarət mərkəzlərinə, ictimai nəqliyyata  baş çəkən rayon rəhbəri insanları bir daha virusa qarşı ciddi mübarizə aparmağa çağırıb.

Bildirib ki, hər kəs birinci özünü qorumalıdır ki, başqaları yoluxmasın: "Sosial məsafə saxlanılmalı, tibbi maskadan mütəmadi istifadə edilməli və şəxsi gigiyenik qaydalara ciddi əməl edilməlidir. Qubada hamılıqla virusa qarşı öz səylərimizi birləşdirilməliyik ki, pandemiyaya "yox" deyək."

Rayon mərkəzində və bütün  yaşayış məntəqələrində mobil qrupların reydləri də davam edir. Əhali arasında maarifləndirmə işləri genişləndirilib.